Daşınmaz əmlak obyektlərinin dövlət kadastr uçotu daşınmaz əmlak obyektlərinin zəruri göstəricilərinin və məlumatlarının daşınmaz əmlakın kadastrında dövlət uçotuna alınmasıdır. Daşınmaz əmlakın dövlət kadastr uçotu-əmlakın təsvir edilməsi və fərdiləşdirilməsinə dair kadastr əməliyyatıdır. Bu hərəkətlər nəticəsində sözügedən obyekti digər əmlaklardan fərqləndirən göstəricilər ortaya qoyulur. Bu prosessdə dövlət kadastr uçotuna alınan boş torpaq sahəsinə və ya digər növdən olan daşınmaz əmlak obyektinin yerləşdiyi torpaq sahəsinə unikal (təkrar olunmaz) kadastr nömrəsi verilir.
Daşınmaz əmlakın dövlət kadastr uçotunu aparmaq üçün zəruri sənədlərDaşınmaz əmlakın dövlət kadastr uçotunu aparmaq üçün aşağıdakı sənədlər tələb olunur:
Aşağıdakı hallarda daşınmaz dövlət kadastr uçotunu aparan orqan ona uçot məqsədləri üçün təqdim edilən sənədləri qəbul etməyə və ya qəbul etməkdən imtina edə bilər:
Daşınmaz əmlakın dövlət kadastr uçotunun aparılması proseduru ibarətdir:
Təqdim edilmiş sənədlərin həqiqiliyinə ciddi şübhələr varsa (daşınmaz əmlakın dövlət kadastr uçotunu aparan orqana təqdim edilmiş sənədlərdə uçot üçün zəruri olan məlumatlar olmadıqda və ya təqdim edilən məlumatlar bir-birini təkzib etdiyi hallarda) uçot dayandırılır və bu barədə müraciət edənə bildiriş göndərilir. Əgər müəyyən edilmiş müddətdə müraciət edən əmlakın kadastr uçotuna alınması ilə bağlı aparılan işlərin dayandırılmasına səbəb olan halları aradan qaldırmazsa, onda müraciət edənə yazılı şəkildə əmlakın dövlət kadastr uçotuna alınmasından imtina edilməsinə dair bildiriş göndərilir.
Torpaq sahəsinin mərzlənməsiTorpaq sahələrinin mərzlənməsi torpaq sahəsinin kadastr uçotuna alınması məqsədi ilə torpaq sahələrinin yer üzərində (naturada) sərhədlərinin müəyyən edilməsinə, razılaşdırılmasına, dəqiqləşdirilməsinə, sərhəd nişanlarının bərpa edilməsinə, sərhəd xarakterik (döngə) nöqtələrinin koordinatlarının müəyyən edilməsinə, onların mərz nişanları vasitəsi ilə yer üzərində (naturada) bərkidilməsinə və sərhəd planlarının tərtib edilməsinə dair kadastr işidir.