Məqsədimiz başda ölkəmiz Azərbaycan olmaqla bütün dünyaya kadastr sistemində istifadəçilər üçün köməkçi alətlər və məlumatlar hazırlamaqdır. Bu alətlərin köməyi ilə müxtəlif koordinat sistemlərinin bir-birinə çevrilməsi, koordinat nöqtəsinin və ya obyektin xəritə üzərində təyin edilməsi mümkündür. Sistem daima yenilənir, əlavə imkanlar və məlumatlarla zənginləşdirilir.
Koordinat sistemi yer üzərindəki obyektlərin yerini müəyyənləşdirmək üçün istifadə olunur.
Coğrafi koordinat sistemi coğrafi uzunluq və coğrafi enliklərdən ibarətdir. 1884-cü ildə ABŞ-da keçirilən Beynəlxalq Meridian Konfransında 25 ölkə iştirak etmişdir. Onlardan 22 dövlət İngiltərədə yerləşən Qrinviç rəsədxanasından keçən meridianı sıfır dərəcəli coğrafi uzunluq kimi qəbul etmişdir...